buguntv.az
buguntv.az

“Qarabağ”ın Avroliqada rəqibi müəyyənləşib

110 dəfə baxılıb 17-08-2018, 09:30

“Qarabağ”ın Avroliqada rəqibi müəyyənləşib














“Qarabağ” klubunun futbol üzrə Avropa Liqasının “play-off” mərhələsindəki rəqibi müəyyənləşib.

“Report”un məlumatına görə, bu, Moldovanın “Şerif” komandasıdır.

Tiraspol şəhərinin təmsilçisi Avroliqanın III təsnifat mərhələsində İslandiya “Valür”ünü mübarizədən kənarlaşdırıb. Ötən həftə Moldovadakı ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qoran Sabliçin baş məşqçisi olduğu kollektiv cavab oyununda uduzub – 1:2. Hesabı 40-cı dəqiqədə islandiyalı Haukur Pall Siqurdsson açıb. 68-ci dəqiqədə isə Zigi Badibanqa bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə Kristinn İngi Halldorsson “Valür”ün qələbə topunu vurub. Lakin Moldova komandası səfər qolu sayəsində mərhələ adlayıb.

Beləliklə, “Qarabağ”la “Şerif” ardıcıl ikinci mövsüm avrokuboklarda bir-birinə rəqib olub. Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edən görüşdə Azərbaycan komandası iki oyunun nəticəsində qalib gəlib – 0:0, 2:1.

Budəfəki qarşılaşmalar isə avqustun 23-də Tiraspolda, avqustun 30-da isə Bakıda keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi