16:47 - İlham Əliyevdən Prezident Administrasiyası ilə bağlı SƏRƏNCAM
16:33 - Bakıda baş verən yanğının söndürülməsinə 10-dan artıq texnika cəlb olundu - YENİLƏNDİ
14:47 - Azərbaycan nefti bu qiymətə satılır
11:35 - Bakıda 4 yaşlı qız binadan yıxılıb ÖLDÜ
11:12 - Ərdoğan bu gün Ukraynaya gedir
11:01 - Vatsapdan daha bir YENİLİK
10:44 - Videosu yayılan polkovnik rütbəsini necə almışdı? – “ Ən yaxşı halda mayor ola bilərdi”
09:49 - Əhaliyə BƏD XƏBƏR - Çörək 5-7 qəpik bahalaşa bilər (VİDEO)
11:12 - BNA-dan vətəndaşlara MÜRACİƏT
11:01 - Bu gün “Qarabağ” - “Viktoriya” oyunu var
10:53 - Azərbaycanda AĞIR QƏZA: Yaralananlar var
10:42 - Baş Prokurorluq FHN-də çəkilən intim görüntülərlə bağlı AÇIQLAMA YAYDI
10:15 - Ermənistanda matəm elan olundu - Bu səbəbə görə (FOTOLAR)
10:07 - AAYDA-da yüksək vəzifəyə TƏYİNAT
08:45 - Videoları yayılan polkovnik həbs olunacaq - “Qadınlar da məsuliyyət daşıyır”
Azərbaycan güləşçiləri Bolqarıstanda xatirə turnirində 9 medal qazanıblar
Bolqarıstanın Veliko Tırnova şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov beynəlxalq turniri sona çatıb.
Ənənəvi yarışın beşinci günündə son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Orxan Abasov (86 kq) səkkizdədir finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşılaşıb. Son saniyələrdə hakimlərin mübahisəli qərarları nəticəsində rəqib 9:7 hesablı qələbəyə sevinib. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O. Abasov yarışın sonuncu günündə bolqarıstanlı Evelin Rusev (11:0) və hindistanlı Sandep Sandepə (7:6) qalib gələrək bürünc medala iddiasını ortaya qoyub. Həlledici görüşdə moldovalı Denis Balauru (9:3) üstələyən güləşçimiz bürünc medalı boynundan asıb.
Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində gürcüstanlı Qoqa Mamiauriyə qalib gəlib - 7:1. Yığmamızın üzvü səkkizdədir finalda əlcəzairli Fateh Benfercellahı vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0. Gürcüstanın digər təmsilçisi Zaur Beradzeylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib (4:3) ayrılan A.Abakarov yarımfinala yüksəlib. Təmsilçimiz hindistanlı Sanjet Sanjeti də məğlub (8:4) edərək finala vəsiqə qazanıb. Güləşçimiz həlledici qarşılaşmada Gürcüstan idmançısı Aminaşvili ilə qarşılaşıb və 7:0 hesabıyla qalib gələrək turnirin baş mükafatına yiyələnib.
Mübarizəyə dörddədir finaldan qoşulan İslam İlyasov (97 kq) belaruslu Aleksandr Xuştinə uduzub – 1:4.
Onunla eyni çəkidə çıxış edən Məhəmmədxan Məhəmmədov ilk mərhələdə gürcüstanlı İuza Tsertsvadzeyə heç bir şans tanımayıb - 11:2. M.Məhəmmədov daha sonra belaruslu Vasili Pavluçenkaya tam üstünlüklə qalib gəlib - 15:4. Güləşçimiz yarımfinalda A.Xuştini “tuşe” ilə məğlubiyyətə uğradaraq adını finala yazdırıb. Təmsilçimiz həlledici görüşdə iranlı Meysam Abdiylə qarşılaşıb və rəqibini "tuşe"ylə məğlub edərək turnirin baş mükafatına yiyələnib.
Rahid Həmidli (125 kq) startda bolqarıstanlı İslam Adizovdan güclü olub - 6:3. Həmyerlimiz dörddədir finalda Bolqarıstanın digər təmsilçisi Georgi İvanovu vaxtından əvvəl məğlub edib - 13:0. R.Həmidli yarımfinalda finlandiyalı Yere Heyno ilə qarşılaşıb və rəqibinə 0:5 hesabıyla uduzaraq ümidini bürünc medala bağlayıb. Gürcüstanlı Solomon Manaşvili zədələndiyi üçün idmançımızla güləşməyib və R.Həmidli bürünc medala sahib çıxıb.
Qeyd edək ki, turnirdə daha əvvəl kişilərdən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc, Turan Bayramov (74 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq) qızıl medal qazanıblar. Qadınlardan isə Elis Manolova (65 kq) üçüncü yeri tutub.