SON DƏQİQƏ

Taekvondoçularımız İranda keçirilən "President Cup" turnirini 5 medalla başa vurublar

14-03-2022, 12:00

Tehranda keçirilən Asiya regionu üzrə “President Cup” turnirinə yekun vurulub.

Yarışın sonuncu günündə daha bir taekvondoçumuz fərqlənib. Belə ki, 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Radik İsayev yarışı bürünc medalla başa vurub.

Üç gün davam edən yarışda komandamızın digər üzvlərindən Taleh Süleymanov (87 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Eltac Qafarov 74 kq) və Patimat Abakarova (53 kq) bürünc medala sahib olublar.

Beləliklə, böyüklərdən ibarət yığma komandamız yarışda iki gümüş və üç bürünc medal qazanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 317

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
Xəbər lenti
18-04-2022
15-03-2022
14-03-2022