SON DƏQİQƏ

İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul edib

14-03-2022, 09:30

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 11-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Quba şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn sahibkarların təklifləri isə müzakirə olunub, heyvandarlıq, bağçılıq, turizm-sanatoriya kompleksinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 201

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
Xəbər lenti
18-04-2022
15-03-2022
14-03-2022