10:47 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL
07:00 - Vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb
05:30 - Vitse-spiker Adil Əliyev şəhidlərin xatirəsinə həsr edilmiş tədbirdə iştirak edib
02:00 - Macarıstanın yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Katalin Novaka
02:00 - Martın 15-də gözlənilən hava şəraiti
17:30 - İstehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir
17:00 - Payızlıq əkinlərdə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri həyata keçirilir
16:00 - Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib
15:30 - Qayda pozuntuları aşkarlanmış kiçikhəcmli gəmilərlə bağlı qanuna müvafiq tədbirlər görülüb
13:00 - Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafata layiq görülüb
12:00 - Taekvondoçularımız İranda keçirilən "President Cup" turnirini 5 medalla başa vurublar
12:00 - Prezident İlham Əliyev Roma Papasını Tacqoyma Günü münasibətilə təbrik edib
11:00 - DOST İş Mərkəzi AQTA ilə birgə layihə üzrə 500 nəfəri işlə təmin edəcək
Prezident İlham Əliyev Roma Papasını Tacqoyma Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib.AZƏRTAC xəbər verir ki, təbrik məktubunda Müqəddəs Taxt-Tac ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
“Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir. Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm.
Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda, Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz nümunəsidir”, - deyə təbrikdə qeyd olunub.
Prezident İlham Əliyev inandığını bildirib ki, ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərlə uğurla davam edəcək.