SON DƏQİQƏ

Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

18-04-2022, 10:47



Hər bir bəyanatın təməlində olan mühüm faktor Onun qətiyyətinə və iradəsinə əsaslanır

Aprelin 12-də keçirilən müşavirədə cənab Prezident İlham Əliyev nəinki yerli, eləcə də beynəlxalq ictimaiyyətin marağına, həmçinin diqqətinə səbəb olan bir sıra əhəmiyyətli bəyanatlar səsləndirdi. Məhz bu baxımdan qeyd edə bilərik ki, dövlət başçımızın Sədrlik etdiyi müşavirədə irəli sürdüyü fikirləri nüfuzlu xarici KİV-lərdə də geniş işıqlandırıldı. Lakin ilk növbədə qeyd edə bilərik ki, hər bir açıqlamanın təməlində olan mühüm faktor Onun qətiyyətinə və iradəsinə əsaslanır.
Beləliklə, cənab Prezident digər məsələlərlə yanaşı, ATƏT -in Minsk qrupunun müqəddəratına aydınlıq gətirdi və olaraq vurğuladı ki, İkinci Qarabağ müharibəsi başlayana qədər münaqişənin həlli lə məşğul olmalı olan uğursuz üçlük formatı heç nə ilə yadda qalmadı. Əksinə, öz fəaliyyətsizliyi ilə paralel şəkildə birtərəfi cəhdləri ifşa olundu. Məhz bu xüsusda da deyə bilərik ki, Azərbaycan bu münaqişəni bilavasitə özü hərbi-siyasi yollarla həll etdi və nəticə etibarı ilə dövlət başçımız Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandatın de-yure qüvvədə olmasına baxmayaraq, de-fakto etibarsız olduğunu qeyd etdi.
Digər tərəfdən, ATƏT-in hazırkı sədrinin Azərbaycana və Ermənistana iki həftə öncə etdiyi səfər zamanı verdiyi bəyanatlarına da diqqət yetirsək görərik ki, cənab Prezidentin bu mövqeyini ATƏT-in sədri də bölüşür. Belə ki, səfərlə bağlı ATƏT-in yaydığı açıqlamada həm Minsk qrupuna istinad olunmadı, həm də münaqişə və ya leksikondan çıxarılan “Dağlıq Qarabağla” heç bir ifadə işlədilmədi. Bu baxımdan, Prezident İlham Əliyev cənabları tərəfindən ATƏT -in Minsk qrupu üçlüyü məsələsinə birdəfəlik son nöqtə qoyulmuş oldu.
Artıq Rusiyanın xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndə təyin etməsi də həmsədrlik institutunu rəsmən parçaladı və beləliklə, qrupun mandatı de-yure də qüvvədən düşmüş oldu. İndi isə qalır, bunu rəsmən elan etməyə ki, biz yaxın günlərdə bu reallığı müşahidə edəcəyik. Nəzərə alsaq ki, Ukraynada böhranında həmsədrlərin təmsil etdiyi ölkələri Rusiya ilə münasibətlərini dondurublar, bu zaman prosesin qısa zamanda baş verəcəyi qənaətinə gələ biləcəyik.
Üstəlik, Ermənistan da ATƏT-in Minsk qrupu ilə manipulyasiyalar edə bilməyəcək və bu ölkənin Azərbaycanla sülh müqaviləsi imzalaması zərurətə çevriləcək. Söz yox ki, bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev eyni zamanda ATƏT-in bir mötəbər beynəlxalq təşkilat kimi normallaşma prosesinə verə birəcəyi töhfəsindən də danışaraq qeyd etdi ki, ATƏT bu prosesdə öz mühüm rolunu oynaya bilər. Yəni, ATƏT vətəndaş cəmiyyəti və media nümayəndələri, o cümlədən ictimai rəy cameəsində fəaliyyət göstərən şəxsləri cəlb etməklə hər iki ölkə arasında qarşılıqlı etimad mühütünün yaranmasına yardım edə bilər.
Hesab edirəm ki, ATƏT bu təklifi nəzərə almalı və fəaliyyətini bu məsələnin həllinə yönəltməlidir.
Həmçinin, danışıqlar formatına gəldikdə, artıq o da məlumdur ki, Azərbaycanın razılığı ilə sülh danışıqlarının Brüssel formatı yaradılıb və müəyyən edilən 5 prinsip çərçivəsində Brüssel sülh gündəliyi üzrə işlər aparılır. Bu prinsipləri bütün beynəlxalq təşkilatlar, o cümlədən Ermənistan da qəbul edir.
Brüssel sülh danışıqlarının nəticələrindən biri də ondan ibarətdir ki, son 30 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa təmas qurulub və bu yaxınlarda iki ölkənin xarici işlər nazirlərinin telefon rabitəsi ilə dəqiqləşdirmələr aparmaları da bunu göstərir.
Cənab Prezident İlham Əliyev də bu mühüm faktı müsbət qiymətləndirdi və haqlı olaraq bildirdi ki, iki ölkə arasındakı münasibətləri ölkələrin özləri həll etməlidir və qısa zamanda sülh müqaviləsi və sərhdlərin delimatisiyası üzrə nəzərdə tutulan işçi qrupları fəaliyyətə başlamalıdır.
Ermənistandan son günlər səsləndirilən bir çox bəyanatların təhlili onu göstərir ki, Paşinyan hakimiyyəti Azərbaycanın yaratdığı reallıqla və irəli sürdüyü şərtlərlə barışıb və daha praqmatik siyasət yürütməyə meyilldir, əks təqdirdə bunun nə ilə nəticələnə biləcəyinin fərqindədir. Dövlətimizin başçısı müşavirədəki çıxışı zamanı bu barədə də xəbərdarlığını etdi. Beləliklə, Ermənistan üzərinə götürdüyü öhdəlikərini yerinə yetirməyə dərhal başlamalı, ilk olaraq qanunsuz erməni silahlı dəstələrini Qarabağ regionunun yerdə qalan hissəsindən də tezliklə çıxarmalıdır. Artıq bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev növbəti diplomatik qələbəsini Azərbaycan dövlətinə və xalqına yaşadır!

Zərifə QULİYEVA,
"Modern ailə və inkişaf" İctimai Birliyinin sədri


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 291

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
Xəbər lenti
18-04-2022
15-03-2022
14-03-2022