10:47 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL
07:00 - Vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb
05:30 - Vitse-spiker Adil Əliyev şəhidlərin xatirəsinə həsr edilmiş tədbirdə iştirak edib
02:00 - Macarıstanın yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Katalin Novaka
02:00 - Martın 15-də gözlənilən hava şəraiti
17:30 - İstehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir
17:00 - Payızlıq əkinlərdə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri həyata keçirilir
16:00 - Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib
15:30 - Qayda pozuntuları aşkarlanmış kiçikhəcmli gəmilərlə bağlı qanuna müvafiq tədbirlər görülüb
13:00 - Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafata layiq görülüb
12:00 - Taekvondoçularımız İranda keçirilən "President Cup" turnirini 5 medalla başa vurublar
12:00 - Prezident İlham Əliyev Roma Papasını Tacqoyma Günü münasibətilə təbrik edib
11:00 - DOST İş Mərkəzi AQTA ilə birgə layihə üzrə 500 nəfəri işlə təmin edəcək
İstehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən cari ilin fevral ayı ərzində fiziki və hüquqi şəxslərin müraciəti əsasında Respublika ərazisində 27820.7 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar, 16957.3 m3 meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 1022 m3 saxlanma yeri, 78 m3 yaş meyvə- tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 20000 m2 istixana zərərsizləşdirilib.
Keçirilən fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşib, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınıb.
Bildiririk ki, zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.