Sumqayıtda sərt karantin rejimini pozan 46 nəfər cərimələndi
Sumqayıtda sərt karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nizami Paşayev Xeberle.com-a bildirib ki, ötən sutka ərzində 46 nəfər şəhər sakini karantin rejimini kobud şəkildə pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub. Onlar barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Şəhərin küçə və prospektlərində müvəqqəti karantin postları yaradılıb və polis gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.