SON DƏQİQƏ

Ceyhun Bayramovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb

12-03-2022, 13:30


12 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində nazir Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.
 
Görüşdə Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı. 
 
Azərbaycanla BQXK arasında Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən fəaliyyət qeyd edildi.
 
BQXK Prezidenti Azərbaycanla əməkdaşlığa açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını ifadə etdi.
 
Nazir Ceyhun Bayramov itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, o cümlədən 1990-cı ilin əvvəllərindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin vacibliyini vurğuladı.
 
Görüşdə eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və bunun doğurduğu humanitar fəlakət məsələsi müzakirə mövzusu təşkil etdi. Tərəflər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın BQXK ilə mümkün əməkdaşlığı üzrə fikir mübadiləsi apardılar.
 
Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 79

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR