buguntv.az

“Seçkilərə görə 70-ə yaxın xarici müşahidəçi müraciət edib”

13-01-2020, 17:48

 “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 1700-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, həmin müşahidəçilərin 1630-u yerli müşahidəçilərdir: “Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcəklər. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05