buguntv.az

Ramin Məmmədov Sabirabadda ağacəkmə aksiyasında iştirak edib

26-01-2020, 19:18

 Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Ramin Məmmədov Çöl-Beşdəli kəndində ağacəkmə aksiyasında iştirak edib. 

Oxu.Az xəbər verir ki, bu barədə R. Məmmədov öz “Facebook” səhifəsindən məlumat paylaşıb. 

O bildirib ki, ölkə rəhbərliyi ekoloji sahəyə böyük diqqət və həssaslıqla yanaşır:  

“Ötən illərdə müxtəlif kampaniyalar çərçivəsində yüzminlərlə ağac əkilib. Yeni Azərbaycan Partiyasının üzvləri dövlətimizin bütün sahələrini əhatə edən siyasətinə birmənalı dəstəyi əməli işlərində sərgiləyirlər. Azərbaycanımızın hər güşəsini abad və çiçəklənən görmək istəyən dövlət rəhbərliyinin siyasətinə kiçik də olsa töhfə vermək istəyi ilə Çöl-Beşdəli kəndində ağacəkmə aksiyası keçirildi. Vətənimiz və xalqımız üçün xeyirli olsun!” 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 110
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+994 55) 332 00 70