buguntv.az

Könül Nurullayeva: Bir gənc olaraq insanların mənə ümid işığı kimi baxmasından gözəl missiya ola bilməz

26-01-2020, 19:21

 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayevanın dairə üzrə yaşayan sakinlər ilə növbəti görüşü baş tutub. 

Bu barədə namizəd öz “Facebook” səhifəsi vasitəsilə məlumat yayıb. 

O bildirib ki, Şərifli 100, M.Abbasov 23, K. Balakisiyev 61 və Q.Qarayev 68 ünvanlarında yaşayan binanın sakinləri ilə görüşü olub:  

“Söhbət zamanı hiss etdim ki, insanlarımız parlamentdə yenilik istəyirlər və bu üzdən hər bir yeni sima onlara maraqlı gəlir. Bir gənc olaraq, ağsaqqalların, ağbirçəklərin mənə ümid işığı kimi baxmasından gözəl və şərəfli an, missiya ola bilməz! 

Görüş zamanı vətəndaşlarımızın mövcud problemlərini həssaslıqla dinlədim, hər birinin həll olunması üçün əlimdən gələni əsirgəməyəcəyimi qeyd etdim. Və sonda bu istiqamətdə əl-ələ verib fədakarlıqla, əzmlə birgə çalışmağa səslədim”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 131
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+994 55) 332 00 70