buguntv.az

Aleksandr Rar: “AB ilə Avropa “təlimatları” çərçivəsində əməkdaşlıqdan imtina edən İlham Əliyev haqlıdır”

29-01-2020, 20:51

 Bu gün Moskvada Alman politoloq-beynəlmiləlçi, “Valday” Klubunun üzvü Aleksandr Rarın Rusiyada yayımlanmasına qədər Almaniyada bestseller olmağı bacaran “2054: Putinin kodu” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatdan sonra Aleksandr Rar “Vestnik Kavkaza” nəşrinə müsahibəsində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın daxil olduğu “Şərq Tərəfdaşlığı” Avropa layihəsinin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

O hesab edir ki,  AB ilə Avropa “təlimatları” çərçivəsində qarşılıqlı əməkdaşlıqdan imtina edən Azərbaycan Prezidenti İlham Əliyev haqlıdır:

“Mənə elə gəlir ki, Avropa Birliyi Rusiyaya qarşıdurma mövzusunu “Şərq Tərəfdaşlığı” konsepsiyasından çıxarmaqla öz mövqeyini dəyişməlidir. Postsovet məkanının müəyyən ölkələrini Rusiya Federasiyasının orbitindən, Avrasiya İttifaqından Avropaya çıxartmağa cəhd etmək olmaz.

Bu, heç bir yerdə, nə Gürcüstanda, nə də Ukraynada alınmadı. Əksinə, yeni problemlər, o cümlədən, Ukraynada müharibə ortaya çıxdı. Buna görə Avropa Birliyi, mənə elə gəlir ki, yeni yanaşmalar, yeni bir konsepsiya tapmalıdır. Üstəlik, “Şərq Tərəfdaşlığı” layihəsinin yaradılması dövründə mövcud olmayan Avrasiya İttifaqı da indi güclənməkdədir.

Düşünürəm ki, nə Ermənistanı, nə Azərbaycanı, nə də Ukraynanı Avropa Birliyinə və NATO-ya qəbul etməyəcəklər. İndi bu ölkələr Avropa Birliyi ilə münasibətləri necə quracaqlarına özləri qərar verməlidir.

Azərbaycan isə hələ Avrasiya İqtisadi Birliyi ilə də münasibətləri necə quracağını anlamalıdır. Ermənistan həm orada, həm də burada özü üçün faydalı mövqeləri axtaracaq. Mənə elə gəlir ki, yekunda Ukrayna da həm Qərbə, həm də Şərqə yönələcək”.  


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 18
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05