buguntv.az

Partiya sədrindən 15 iyuna maraqlı izah…

15-06-2020, 12:01






Əziz yurtdaşlar, sevimli soydaşlar 15 iyun bir dövrün sonu, başqa bir dövrün başlanğıcıdır. Biz 15 iyuna gedən yoldan daha çox danışmalıyıq və başverənlərin fərqində olamalıyıq ki, doğru qərar verə bilək. Bundan önce 4 iyun hərbi qiyamına qədər Azərbaycanı parçalamaq istəyən, vətəndaş müharibəsinə sürükləyən oyun qurucularından və oyuncaqlardan yazılar yazdıq, fikirlərimizi sizinlə bölüşdük və bölüşəcəyik. Yazılacaqlar deyiləcəklər hələ çoxdu, çünki o dövrün günahgarları, məcəraçı siyasətçiləri, hələ də meydandadı hələ də qafa qarışdırırlar.

Əziz oxucu onu bilki Prezident Elçibəyi heç kim aldatmayıb, onu da bilki Heydər Əliyev hakimiyyətə gəlmək üçün heç kimin oyununu oynamayıb və heç bir qiyamçıyla iş birliyinə girməyib. Əgər belə olmasaydı Heydər Eliyevə düşmən olan Rəhim Qazıyev bu haqda bildiklrini çoxdan danışmışdı.. 1994 ilində Heydər bəyə də üsyan qaldıran vətən xaini Sürət Hüseynov arxalandığı ölkədən Heydər bəylə olan işbirliyindən danışıb ifşa ederdi. Eləcə də Vətən xaini, Əlikrəm Hümbətov kimiləri. Demək ki Heydər bəy Hərbi qiyamda Moskva kimi düşmən güclərin yanında və içində olmayıb. Sorumluluq Hərbi qiyamın təşkilatçıları və qiyamın yatırılmasına görəvli olanların üzərindədi. Qiyamçıların və qiyama qarşı görünənlərin büyüklərinin bir məqsədi olub, Prezident olmaq. Bu zavallılar bilməliydi ki, Moskva onun kimi 10-yaxın adama Prezidentlik söz verib. Bunlar bilməliydik ki, Moskva bu vəzifəyə ancaq birini gətirəcək qalanları ya onun yanında olacaq ya da heç kim. Bes bu zavallılar Moskovanın verəcəyi “prezidentliyə” niyə inanırdı sorusu hər kəsə maraqlıdı. Bunlar ya o qədər sadiq quldular ki, her əmri icra etməyə hazırdılar, yada ki ağıldan başqa hər şeyə sahibdilər. Hər iki halda Azərbaycan üçün yararsızdılar, xaindilər.
Məncə qiyamı yatırtmağa gmrəvli olanların bir çoxusu məsuliyyətini dərk etmyibsə, bir qismi içtirakçı, bir qismide kimlərinsə ağlının qulu olubdur. Belə olmasaydı dönəmin İstikbarat başkan birinci yardımçısı yüksək dövlət görəvlilərini ajanlıkda ittiham etməzdi. Onlar da onun qarşısında susmazdı. Bu həm də o demək ki, o dövr Prezident komandası olmayıb, hökümət Milli Liderin şəxsində Milli görüntüdə olub.

Hamının hədəfində Prezident Elçibəydir. Elçibəyi prezidentliyi sahibinə ötürərək Moskovanın istəyini gerçəkləşdirdi deyən dönəmim MTN Birinci yardımcısına bir daha demək istəyirəm, “ Hərbi qiyamı törədənlər və qarşısında güya duran sizlər, Heydər bəylə hansısa iş birliyində olduğunuzu deyə bilersinizmi ? Təbii ki yox. Əksinə qiyamçıların, qiyama qarşı olmağa borçlu olanların, müxalifət olanların , pozucu ünsürlərin demək olar çoxusu Heydər bəylə iş birliyinə girməyə cəhd edib, onun bakıya gəlməyini istəyib ki, çirkli niyyətlerində Heydər bəydən yararlansınlar. O da heç kimi eşitməyib. Durumun çox kritik olduğunu görən Prezident Elçibəy Heydər bəyi dəvət edəndə yalnız Bakıya gəlməyə qərar verib. Bu haqda basında açıklamaları var.
Heydər bəy Bakıya gəldiyində ən böyük üstünlüyü xalqın ona olan inamıydı və reytinqdə çoxunluğun dəstəyini almağıydı. Məhz bu gücün qarşısında hər kəs Heydər bəylə razılaşmalı olurdu. Danışıqlar prosesində Elçibəylə, Heydər bəyi üz üzə qoyub yararlanmaq istəyənlər də az deyildi. Təbii ki, bu olmadı. Siyasi proseslər Heydər bəyin Məclis Sədrliyinə seçilməsinə doğru gedirdi. Bunu Prezident Elçibəydən, Aydınlardan və Heydər bəyə bağlı olanlardan başqa heç kim istəmirdi (sonrakı dövrdə yanına aldıqlarının böyük eksəriyyəti).

15 İyun Məclisə Sədr seçkisi, dönəmin qəhrəmanları səs vermək istəmir oyun pozanlıq edirdi. Prezident Məclis üzvlərinə səslənərək,” Bəylər xaiş edirəm Heydər bəyə səs verin” deyərək oyuncuların oyununu pozması hər kəsin yadındadı. Bəli 15 iyunda Elçibəyin təkidi ilə Heydər bəy Milli Məclisə Sədr seçildi.

O, gündən sonra qiyamçıların bir qismini yanına alan Heydər bəy bir çoxlarını anında, Sürət kimi bir çoxlarını da zamanla zərərsizləşdirdi. Böyük bir qismi də yanında gizlənərək bu günlərə qədər təhlükə mənbəyi olmağı bacardı. Buda görünür zamanla çözülmək üçün imiş.
Əziz oxucu 15 iyun gərçəkdən “Qurtuluş” günüdü. Bu qurtuluş indiki hakimiyyətdə gizlənən kripto və açıq düşmənlərin dediyi kimi, Elçibəydən, Milli iradədən, təbirləri ilə desək bəylərdən qurtulmaq deyildi. Qurtuluş günü, Azərbaycanı Hərbi qiyama, vətəndaş müharibesinə sürükləyən vətən xainlərindən qurtulmağın başlanğıc günüydü. Bu gün Elçibəy yanında yer alan milli görünən, Heydər bəyin yanında gizlənən millət dövlət xainlərindən, bağımsızlığımıza qarşı qəsd duruşunda olan güçlərdən qurtulmağımızın günüdü.

15 iyun günü Milli Məclisə Sədr seçkisindən sonra, Prezident aparatının qarşısında olan mitinqdə Elçibəyin” Bəyler bu gün Azərbaycan sonuncu( pauza), bəlkə də sonuncudan əvvəlki qaranlıqdan keçdiyi gündür” dediyi çıxışı yadıma düşür.

Cahandar BAYOĞLU,
Turan Partiyası Başqanı



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 413
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05