16:47 - İlham Əliyevdən Prezident Administrasiyası ilə bağlı SƏRƏNCAM
16:33 - Bakıda baş verən yanğının söndürülməsinə 10-dan artıq texnika cəlb olundu - YENİLƏNDİ
14:47 - Azərbaycan nefti bu qiymətə satılır
11:35 - Bakıda 4 yaşlı qız binadan yıxılıb ÖLDÜ
11:12 - Ərdoğan bu gün Ukraynaya gedir
11:01 - Vatsapdan daha bir YENİLİK
10:44 - Videosu yayılan polkovnik rütbəsini necə almışdı? – “ Ən yaxşı halda mayor ola bilərdi”
09:49 - Əhaliyə BƏD XƏBƏR - Çörək 5-7 qəpik bahalaşa bilər (VİDEO)
11:12 - BNA-dan vətəndaşlara MÜRACİƏT
11:01 - Bu gün “Qarabağ” - “Viktoriya” oyunu var
10:53 - Azərbaycanda AĞIR QƏZA: Yaralananlar var
10:42 - Baş Prokurorluq FHN-də çəkilən intim görüntülərlə bağlı AÇIQLAMA YAYDI
10:15 - Ermənistanda matəm elan olundu - Bu səbəbə görə (FOTOLAR)
10:07 - AAYDA-da yüksək vəzifəyə TƏYİNAT
08:45 - Videoları yayılan polkovnik həbs olunacaq - “Qadınlar da məsuliyyət daşıyır”
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti