SON DƏQİQƏ

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

26-02-2022, 13:00



Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edib.
Azərbaycan Ordusunda keçirilən anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Mərasimlərdə çıxış edənlər erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin həyata keçirildiyini vurğulayıblar. Həmçinin Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbədən və tarixi ədalətin bərpa edilməsindən danışıblar.
Silsilə tədbirlərdə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komanı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü tədbirlər xüsusi qeyd olunub.
Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon incəsənət nümayəndələrinin və məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar nümayiş etdirilib.
Hərbi qulluqçular tərəfindən “Xocalı soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub və faciənin şahidləri ilə görüşlər keçirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 210

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR